Yeni vergi tutulmalarını ermənilərə izah etmək müşküldür

Yeni vergi tutulmalarını ermənilərə izah etmək müşküldür

Bizim üçün 50 min, 100 min, yaxud 150 min dram əmək haqqı alan Ermənistan vətəndaşlarına vergi məcəlləsindəki bu dəyişiklikləri, tutulmaları izah etmək çətin olacaq. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan" partiyasının katibi Arman Abovyan Ermənistan Milli Məclisinin 7 iyun tarixində Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, niyə və hansı səbəbdən az əmək haqqı alan erməni vətəndaşlarının əmək haqqı tutulmalarının 2 milyon dram alan vətəndaşların tutulmarına bərabər səviyyədə olacağını onlara izah etmək müşkül məsələdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə