Bazar günü ümumxalq səsverməsi yolu ilə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Qazaxıstanda seçkiöncəki təşviqata qadağa artıq qüvvəyə minib. Şənbə günü gecəyarıdan başlayaraq “sükut günü” elan olunub.
Bu gün prezident postuna olan namizədləri dəstəkləmək üçün aparılan istənilən təşviqat kampaniyası qadağan olunub. Bu qadağa seçki günü də qüvvədə olacaq. Lakin şəhərlərdə və yaşayış məntəqələrində artıq yerləşdirilmiş siyasi reklam plakatları əvvəlki yerlərində qala bilərlər. Əsas odur ki, seçki məntəqələri yaxınlığında heç bir təşviqat məhsulu olmasın.
Xatırladaq ki, martın 19-da Nursultan Nazarbayev dövlət başçısı postundan getdiyini bildirmişdi. Bununla yanaşı həmin an üçün Senata (parlamentin yuxarı palatası) rəhbərlik edən Kasım-Jomart Tokayevi isə özünün xələfi elan etmişdi.
Qeyd edək ki, hazırda 66 yaşlı Tokayevlə yanaşı, Qazaxıstan prezidenti postu uğrunda daha altı namizəd mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB