Malavi müxalifətinin mənzil-qərargahına polisin gözyaşardıcı qaz tətbiq etməsi zamanı ABŞ-ın bu ölkədəki səfiri Virciniya Palmer də xəsarət alıb.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Malavi 24” kanalı məlumat yayıb.
Qeyd edək ki, Malavidə müxalifətin etirazları ölkə prezidenti Piter Mutarikin mayda yenidən bu vəzifəyə seçilməsindən sonra başlanıb. Həftənin çərşənbə axşamından mxalifətin nümayişləri yenidən güclənib. Malavi Konqresi Partiyasının təşkilatçılığı “Mutarik getməlidir” şüarları ilə müxalifət tərəfdarları paytaxt Lilonqvada hökumətin və prezident sarayının yerləşdiyi əraziyə daxil olmağa nail olublar.
Dünən isə hadisə ilə əlaqədar ABŞ-ın bu ölkədəki səfiri Virciniya Palmer Malavi Konqresi Partiyasının və müxalifətin lideri Lazarus Çakverlə görüş keçirən zaman polis gözyaşardıcı qazla partiyanın mənzil-qərargahına hücum edib.
Polis nümayəndəsi gözyaşardıcı qazdan istifadəni təsdiqləsə də diplomatın binada olduğundan xəbərsiz olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB