Ukrayna əhalisinin əksəriyyəti Avropa İttifaqı və NATO-ya üzlüyün tərəfdarıdır
Ukrayna vətəndaşlarının 62 faizi ölkənin Avropa İttifaqına (Aİ), 53 faizi isə NATO-ya üzv olmasına tərəfdardır.
SİA Ukrayna xəbər saytlarına istinadən xəbər verir ki, “Reytinq” qrupunun apardığı sorğunun nəticələri bu barədə deməyə əsas verir.
Sorğuda iştirak edənlərin cəmi 22 faizi Aİ-yə, 31 faizi isə NATO-ya üzvlüyün əleyhinə səs verib.
Ukraynanın qərb zonası daha çox beynəlxalq təşkilatların üzv olmasına tərəfdar çıxıblar. Respondentlərin 82 faizi Aİ-yə, 76 faizi isə NATO-ya üzv olmağa səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB