Türk Hava Yolları (THY) Sudanda davam edən iğtişaşlarla əlaqədar bu ölkəyə bütün uçuşları dayandırıb.
SİA Türkiyə kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, THY artıq üçüncü gündür təhlükəsizlik məqsədi ilə ləğv edilən uçuşların nə vaxt bərpa ediləcəyi barədə məlumat vermir.
Qeyd edək ki, Sudanda aprel ayında baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb. Ən son məlumata görə, paytaxt Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB