Misir polisi 14 terrorçunu məhv edib

Misir polisi 14 terrorçunu məhv edib

Misir Daxili İşlər Nazirliyinin qüvvələri Sinay yarımadasının şimalında 14 yaraqlını məhv ediblər.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyi xəbər verib.

Həmin şəxslər şərşənbə günü Əl-Ərişdə hərbçilərə hücumda ittiham olunurdular. Misir DİN-nin bu barədə məlumatında deyilir: “Çərşənbə günü yaraqlıların ƏlƏrişdəki hücumundan sonra onların təqib olunması zamanı Əl-Musaid rayonunda tərk edilmiş evdə gizləndikləri faktı aşkarlandı. Yaraqlılar polisə atəş açdıqlarından polis əks-həmlə ilə cavab verməli olub. Yaraqlıların üzərindən 14 növ silah və üç kamikadze kəməri aşkar edilib”.

Qeyd edək ki, daha əvvəlki məlumatda bildirilib ki, yaraqlıların Sinay yarımadasının şimalında Əl-Əriş şəhərində posta hücumu zamanı ən azı 8 polis əməkdaşı həlak olub. Həmçinin, hücum edən şəxslərdən də 5-i öldürülüb.

Hadisə ilə əlaqədar məsuliyyəti öz üzərinə “İslam dövləti” terror qruplaşması götürüb.

Qeyd edək ki, Sinay yarımadasının şimalı Misirdə ən gərgin regionlardan biridir. Bu ərazidə yaraqlılar tez-tez hərbçilərə və polislərə hücum edirlər. Artıq il yarımdır ki, hökumət bu ərazidəki terrorçu qruplaşmalara qarşı geniş miqyaslı antiterror əməliyyatı həyata keçirir. Bu müddət ərzində yüzlərlə terrorçu məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə