İranın Hörmüzqan əyalətində yerləşən Şəhid Rəcayi adına limanda neft məhsulları anbarında güclü yanğın baş verib.
SİA xəbər verir ki, yanğın zamanı bir neçə partlayış da müşahidə edilib.
Hadisə yerinə çox sayda yanğınsöndürən briqadaları cəlb olunub. Bəndər Abbas liman şəhərindən də yanğınsöndürənlər hadisə yerinə göndərilib.
Bildirilir ki, yanğın o qədər güclüdür ki, oradan qalxan tüstü qatını çox uzaq məsafədən də görmək mümkündür.
İranın Səhiyyə Nazirliyinin Hörmüzqan əyaləti üzrə nümayəndəliyindən verilən xəbərə görə, yanğında bir nəfər ölüb. Ölən şəxs limanın mühafizə briqadasının əməkdaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB