“Qazprom Ermənistan” cərimələndi

“Qazprom Ermənistan” cərimələndi

Ermənistanın İctimai Xidmət Tənzimləmə Komissiyası "Qazprom Ermənistan"-a 10 milyon dram həcmində cərimə tətbiq etmək barədə qərar qəbul edib. SİA Ermənistana məxus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, fevralın 28-dən martın 6-dək aparılan monitorinq nəticəsində şirkət təbii qazın tədarükü və paylanmasında bir sıra nöqsanlara yol verib.

Məlumatda həmçinin, yeni abunəçilərin qaz paylayıcı şəbəkəyə qoşulması zamanı bir sıra tələblərin pozduğu da qeyd edilir.

Məsələ 5 iyun tarixində müzakirə olunacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə