Türkiyənin Tunceli vilayətinin Ovacık rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.
SİA-nın məlumatına görə, atışmada yaralanan iki hərbçidən biri şəhid olub. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yer alan məlumata görə, İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən “Pəncə” antiterror əməliyyatı uğurla davam edir. Bildirilir ki, bölgədə aşkar edilən və 500 metr uzunluğunda olan 6 otaqlı mağara məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB