Suriyada avtomobil partladı 14 ölü

Suriyada avtomobil partladı  14 ölü

Suriyanın şimal-qərbində Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən Azaz şəhərində minalanmış avtomobil partlayıb. SİA RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 14 nəfər həlak olub, 28 nəfər isə müxtəlif xəsarətlər alıb.

Partlayış şəhər mərkəzindəki cinayət təhlükəsizliyi sektorunun qərargahı yaxınlığında baş verib.

Qeyd edilir ki, hadisə yerində çoxlu sayda insan olduğu üçün ölənlərin sayı arta bilər.

Bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri məsuliyyəti öz üzərinə götürmür.

Bütün xəbərlər Facebook səhifəmizdə