İƏT-in Məkkə toplantısı Qüds və Colan haqda bəyanat verib

İƏT-in Məkkə toplantısı Qüds və Colan haqda bəyanat verib

Məkkədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri iki günlük toplantının ardından yekun bəyanat imzalayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının yekun bəyanatında əsasən İsrailin işğal etdiyi Qüds və Colan Yüksəklikləri məsələsi yer alıb.

Qüdsün İsrailin paytaxtı elan edilməsini kəskin tənqid edən bəyanat, səfirliklərini və nümayəndəliklərini bu şəhərə köçürən ölkələri atdığı addımdan geri dönməyə çağırıb. Əks təqdirdə həmin ölkələrə sanksiyaların tətbiq edilməsi ilə bağlı xəbərdarlıq edilib.

ABŞ prezidneti Donald Trampın Qüdslə bağlı qərarı batil qərar, fələstinlilərin və islam ümmətinin tarixi və qanuni hüquqlarına qarşı təcavüz olduğu bildirilib.

Eyni zamanda Məkkə toplantısının bəyanatında Colan Yüksəkliklərinin ABŞ tərəfindən İsrail ərazisi kimi tanınması da tənqid edilib. Bu addımı qeyri-qanuni və batil hesab edən bəyanatda bildirilir ki, İsrail BMT qərarlarına görə bu bölgədən çıxmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə