Hollandiyada partiya sədrinin Tvitter hesabı bağlanılıb

Hollandiyada partiya sədrinin Tvitter hesabı bağlanılıb

Hollandiyanın millətçi Azadlıq Partiyasının lideri Gert Vildersin Tvitter hesabı bağlanılıb. Partiya liderinin ekstermist, rasist tvitləri səbəbindən sosial şəbəkə administrasiyası belə qərar verib. Xüsusilə Vildersin “Demokratlar 66” və “Müsəlman köçü” partiyaları haqqında yazdığı fikirlər birmənalı olaraq qəbuledilməz sayılıb.

Qeyd edək ki, G.Vilders İslam əleyhinə çağırışıları ilə tanınan avropalı siyasətçilərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə