PEW: "Türkiyə xalqının 11%-i radikal dindardır”

ABŞ-ın PEW araşdırma mərkəzi tərəfindən 7 müsəlman ölkədə aparılan bir araşdırma maraqlı faktlar ortaya qoyub. SİA-nın xəbərinə görə, "İslam və Demokratiya" mövzusunda aparılan araşdırmaya görə, Türkiyədə dinin siyasət üzərindəki təsiri olduğunu düşünənlərin nisbəti artarkən, xalqın 11%-i radikal dindar olaraq təyin edib.

Türkiyədə xalqın 11%-i özünü həddindən artıq dindar, 74%-i isə müasir müsəlman olaraq müəyyənləşdirib. Araşdırmanın aparıldığı ölkələr arasında özünü dindar sayanların ən yüksək olduğu ölkə 59%-lə Misirdir. PEW-in son araşdırmasına görə, dinin siyasətə təsiri olduğunu düşünənlərin nisbəti 69%-dir. Bu nisbət 2002-ci ildə aparılan araşdırmada 45%, 2005-ci ildə isə 62% idi. Türk xalqının 38%-i, dinin siyasətə müsbət təsiri olduğu düşüncəsindədir. İslamın siyasətə mənfi təsir etdiyi fikrində olanların nisbəti isə 31%-dir.

Araşdırmaya görə, Türk xalqının yalnız 20%-i dindarların bir təhlükə yaratdığını düşünür. Xalqın 23%-nin fikrinə görə həddindən artıq dindar təhdid meydana gətirməsə də, bu mövzuda narahatlıqlar var. Xalqın 43%-i isə radikal dindarlığın Türkiyədə narahatlıq yaradacaq bir təhdid olduğu fikrindədir. Araşdırmada türklərin həddindən artıq dindarlığı digər müsəlman ölkələri üçün təhdid olaraq görülmədiyi ifadə edilir. Araşdırmada demokratiyanı ən çox istəyən müsəlman ölkə 81%-lik nisbətilə Livan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə