Venesuelada "vəba" xəstəliyinə kütləvi yoluxma halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qeyd olunan xəstəlik 135 nəfərdə aşkarlanıb. Araşdırmalar nəticəsində həmin şəxslərin 22 yanvar 2011-ci il tarixində Dominikan Respublikasında toy məclisində iştirak etdiyi bildirilir. Ümumilikdə həmin məclisdə 452 Venesuela vətəndaşı iştirak edib. Xəstəliyə yoluxan 4 nəfərin ABŞ, Meksika və İspaniyaya səyahət etdiyi qeyd olunur. Mövcud vəziyyətlə əlaqədar müvafiq işlər görülür.
Xatırladaq ki, Dominikan Respublikasında "vəba" xəstəliyi ötən ilin dekabr ayının ilk günlərində qeydə alınıb. Haiti ərazisindən çay suları ilə ölkə ərazisinə daxil olmuş virus əhali arasında yayılıb. Tələfatın olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB