Kosovanın Serbiyadan birtərəfli şəkildə ayrılmasından uzun müddət ilham alan ermənilər indi də Sudanda keçirilən referendumdan təskinlik tapmağa çalışırlar. Beynəlxalq birliyin "Kosova barədə çıxarılan qərar digər münaqişələr üçün presedent sayıla bilməz" xəbərdarlığından sonra rəsmi İrəvan xeyli müddət idi ki, "presedent" ifadəsini işlətmirdi.
SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Cənubi Sudanın öz müqəddəratını təyin etməsinin Dağlıq Qarabağ üçün presedent olduğunu bildirib. O, qeyd edib ki, Cənubi Sudanın nümunəsi öz müqəddəratını təyinetmə hüququnun qələbə çaldığını göstərir. E.Şarmazanovun sözlərinə görə, bu Qarabağ münaqişəsinin həlli üçün yeganə yoldur.
Hakim partiyanın mətbuat katibi bildirib ki, yeni referendum keçirilməsə də, 1991-ci ildəki referendumun nəticələri tanınmalıdır. O, bunun keçmiş SSRİ qanunvericiliyinə, həmçinin beynəlxalq hüququn normalarına uyğun gəldiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB