Padruno Lopes: "Hərbi çevrilişə cəhd olsa, silahdan istifadə edəcəyik"

Padruno Lopes: "Hərbi çevrilişə cəhd olsa, silahdan istifadə edəcəyik"

Venesuelanın Müdafiə naziri və Hərbi Şurasının başçısı Vladimir Padruno Lopes hərbi çevrilişə cəhd olunacağı halda silahdan istifadə ediləcəyini istisna etməyib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri dövlət televiziyasına müsahibəsində deyib: “Mirafloresə (Prezident sarayı) güc tətbiq etmək üçün gələnlər güclə məğlub ediləcəklər. Əgər silah tətbiqinə ehtiyac yaranarsa, biz buna gedəcəyik”.

Qeyd edək ki, bu gün Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə başçısı Nikolas Maduronu devirmək üçün “Azadlıq” əməliyyatının son mərhələsinə keçildiyini bildirib. O, öz tərəfdarlarını “Karlota” hərbi bazasının yaxınlığındakı avtomobil yolu yaxınlığında toplayıb. Müxalif lider orduya və vətəndaşlara Maduro hakimiyyətini yıxmaq üçün çağırış edib: “Milli Silahlı Qüvvələr doğru qərarı verib. Onlar Venesuela xalqının dəstəyinə güvənirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə