İndoneziyada Yava-Sumatra reysi ilə hərəkət edən bərədə yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə azı 17 nəfər ölüb, 40 nəfər itkin düşmüş hesab olunur. Onlarla insanın xəsarət aldığı bildirilir. Hadisə zamanı gəmidə 200 insanın və avtomobillərin də olduğu qeyd edilir. İlkin ehtimala görə, yanğın bərənin içərisində olan avtomobillərdən birinin alışması nəticəsində baş verib.
Eyni zamanda İndoneziyanın Qərbi Yava əyaləti yaxınlığında dəmiryol qəzası qeydə alınıb. Bildirilir ki, iki sərnişin qatarının toqquşması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan xəsarət alıb. Həkimlər yaralananlardan 14-nün vəziyyətinin ağır olmasını nəzərə alaraq ölənlərin sayının artacağını istisna etmir. Hadisənin başvermə səbəbi məlum deyil. Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB