Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK), Liviya və İtaliya hökumətlərinin birgə təşkil etdiyi əməliyyatlar nəticəsində yüzdən artıq qaçqın Liviyadan İtaliyaya köçürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təxliyə zamanı 46-sı valideynsiz uşaqlar olmaqla ümumilikdə 146 nəfər köç edib. Onlar Romada qaçqın qəbul mərkəzlərinə yerləşdiriliblər.
Qeyd edək ki, İtaliya Liviyadan qaçqınlara ev sahibliyi etməyi qəbul edən ilk ölkədir.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Liviyada qaçqınların təxliyə edilməsi ilə bağlı çağırış etmişdi.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB