Bu ölkədə ABŞ hərbçilərinin sayı artırılacaq

Bu ölkədə ABŞ hərbçilərinin sayı artırılacaq

Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak respublikada olan ABŞ hərbçilərinin sayının artırılması barədə qarşı tərəflə razılaşma əldə etdiklərini bildirib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, nazir bu barədə Polşa televiziyasının efirində

deyib: “Hal-hazırda detallar barədə müzakirələr aparırıq. Biz danışıqları müvəffəqiyyətlə başa vurmaq üçün düzgün yoldayıq”.

Daha əvvəl Polşa ABŞ-a tank diviziyasını daimi əsasda bu ölkənin ərazisində yerləşdirməyi və bunun üçün ildə 2 milyard dollar ödəməyə hazır olduğunu bildirmişdi. Təklif NATO tələbləri çərçivəsindən kənar olmaqla, ikitərəfli əlaqələrlə tənzimlənməli idi. Hətta Polşa prezidenti Andjey Duda bu bazanın “Fort Tramp” adlandırılmasını təklif etmişdi.

Qeyd edək ki, hal-hazırda Polşa ərazisində ABŞ ordusunun 4500 nəfər hərbçisi xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə