"Ruslar və ukraynalılar bundan yalnız faydalanacaqlar" Putin

"Ruslar və ukraynalılar bundan yalnız faydalanacaqlar" Putin

“Əgər ümumi vətəndaşlıq olarsa ruslar və ukraynalılar bundan yalnız faydalanacaqlar”. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlayıb.

"Ukraynalılar və rusların qardaş xalqlar olduğunu dəfələrlə demişəm. Ümumiyyətlə, mən düşünürəm ki, bu bir xalqdır və əgər bizim ümumi vətəndaşlığımız olarsa bundan həm ruslar, həm də ukraynalılar faydalanacaq", - Rusiya dövlətinin rəhbəri qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə