Aprelin 28-də İspaniyada keçirilən parlament seçkilərində İspaniya Sosialist Fəhlə Partiyası (İSFP) qalib gəlib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bülletenlərin 5,4 faizinin hesablanmasından sonra nəticələr sosialistlərin xeyrinədir.
Sosialistlər 28,75% səs qazanıblar ki, bu rəqəm onlara parlamentdə 350 deputat yerindən 124-nü tutmağa imkan verir. Planlaşdırıldığı kimi, İSFP mütləq əksəriyyətin səsini əldə edə bilmədiyindən, yəni 176 deputat yerinə sahib olmayacağından təkbaşına Baş naziri seçə bilməyəcək.
Sağçı “Xalq Partiyası”na 18,27% seçici səs verib. Bu isə 70 deputat yeri deməkdir. Mərkəzçi “Vətəndaş Partiyası” 11,07% səs qazanaraq 45 deputat yerinə sahib çıxıb. Solçu “Unidas Podemos” koalisiyası 11,64% (30 yer), sağçı “VOX” partiyası isə 7,99% səs (21 yer) qazanıb. Sonuncu partiya ilk dəfə parlamentdə təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB