Ukraynanın paytaxtı Kiyev şəhərində hündürmərtəbəli binanın bir mənzilində baş vermiş partlayışda 2 nəfər həlak olub.
SİA-nın məlumatına görə, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə Kiyev şəhərinin Darnitsk rayonunda baş verib. Partlayış nəticəsində mənzildə olan kişi hadisə yerində, 1 nəfər qadın isə xəstəxanada həyatlarını itiriblər.
Hüquq-mühafizə orqanları hadisənin fraqmentlərini ekspertizaya göndəriblər. İlkin versiyaya görə, hadisəyə səbəb əl qumbarasından ehtiyatsız istifadə edilməsi olub.
Hadisə ilə əlaqədar “Qanunsuz silah saxlama, silah, döyüş sursatları və partlayıcı maddələrdən qeyri-qanuni istifadə etmə” maddələri üzrə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB