İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.
SİA-nın xarici mətbuata istinadən məlumatına görə, leysan yağışlar səbəbindən bölgədə bir neçə çay daşıb, ətraf əraziləri su basıb.
Təbii fəlakət nəticəsində həmçinin torpaq sürüşmələri baş verib, əyalətin digər rayonlarla əlaqəsi kəsilib.
Qubernator xilasedicilərin əhalini təxliyə etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB