Generalın hökumət başçısı olan qardaşı vəfat edib

Generalın hökumət başçısı olan qardaşı vəfat edib

Xakasiya Respublikasının keçmiş rəhbəri Aleksey Lebed vəfat edib.

SİA-nın məlumatına görə, bu haqda Xakasiya Respublikası hökumətinin rəsmi saytı xəbər verib.

Saytda bununla bağlı verilən nekroloqda deyilir: “O, parlaq, xarizmatik şəxsiyyət idi. İxtisasca hərbçi, peşəkar siyasətçi, səmimi, qəlbi geniş və intellektual insan idi”

Qeyd edək ki, Aleksey Lebed 1955-ci ildə anadan oub. Xakasiya Respublikasına 12 il ərzində - 1997-2009-cu illərdə rəhbərlik edib. O, həmçinin Rusiya siyasətində özünəməxsus yer tutmuş, mərhum general Aleksandr Lebedin kiçik qardaşı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə