Aprelin 27-nə keçən gecə Rusiyadakı Volqa çayında iki gəminin toqquşması nəticəsində 1 nəfər ölüb, iki insan itkin düşüb. Bu məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb. Sahil-təhlükəsizlik xidmətinin qayıqları və axtarış-xilasetmə qrupu itkin düşmüş insanların tapılması üçün əməliyyat tədbirləri həyata keçirir.
İstintaq Komitəsi qəza ilə bağlı hərəkətin təhlükəsizliyi və su nəqliyyatından istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB