Çin Xalq Respublikasının Tibet Muxtar rayonunda 6,3 bal gücündə zəlzələ baş verib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Seysmoloji Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar Ninqçi şəhər dairəsinin Medoq qəzasında qeydə alınıb.

Zəlzələnin episentri 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə