Kılıçdaroğluna hücum edənlərdən 5-i saxlanılıb

Kılıçdaroğluna hücum edənlərdən 5-i saxlanılıb

Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna hücum edənlərdən bəziləri saxlanılıb. SİA "Haberler"ə istinadən xəbər verir ki, hazırda hücumda iştirak etmiş 11 nəfərin şəxsiyyəti müəyyən edilib. Kılıçdaroğluna ilk yumruq atan Osman Sarıgül də əməliyyat zamanı Eskişehir vilayətinin Sivrihisar rayonunda saxlanılıb.

Saxlanılan 5 nəfərin sorğusu davam edir.

Qeyd edək ki, Kılıçdaroğluna hücum Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib. Mühafizəçiləri Kılıcdaroğlunu qorumağa çalışsa da, onun hücum edən onlarla insan onun baş nayihəsinə yumruqlar vurub. Kılıcdaroğlu kütlənin arasından çıxarılaraq, yaxınlıqdakı bir evə aparılıb.

Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə