Dünyada qadınların sayı 23 milyon azdır

Dünyada qadınların sayı 23 milyon azdır

Dünyada qadın və kişilərin sayındakı nisbət pozulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qənaətə ABŞ-ın Milli Elmlər Akademiyasının tədqiqatçıları bildiriblər ki, hazırda dünyada qadınların sayı 23 milyon azdır.

“Əsas nisbət pozğunluğu daha çox Hindistan və Çinə aiddir. Araşdırmalara görə, Hindistanda 1970-2017-ci illərdə 11.9 milyon, Çində də həmin dövr müddətində 10.6 milyon qadın çatışmazlığı qeydə alınıb. Buna səbəb kimi Çində hər ailədə bir uşağın olması, Asiya ölkələrində isə qızlarla bağlı hamiləliyin pozulması gətirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə