Çingiz xan iqlimi dəyişdirib?

ABŞ-ın Karnegi Mellon Universiteti tarixi hadisələrin iqlimə təsirini araşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müasir dövrdəki qlobal istiləşmənin əksinə olaraq monqolların 13-14-cü əsrlərdə həyata keçirdikləri işğallar yer kürəsini soyudub və nəticədə atmosfer 700 milyon tona qədər karbondan təmizlənib.

 

Monqol imperatorluğunun dünyanın 22 faizini zəbt etdiyi 150 il boyunca Çingiz xan və onun davamçılarının təxminən 40 milyon insanı öldürdüyü ehtimal edilir. Araşdırmaya görə, geniş bir ərazidə əhalinin azalması meşələrin artmasına səbəb olub. Bu isə yaranan yeni meşələrin atmosferdən daha çox karbon udmasına gətirib çıxarıb.

 

Araşdırmaçılar Avropadakı vəba epidemiyası və Çindəki Ming xanədanının yıxılmasının da meşə sahəsinin yenidən artmasını təmin etdiyini müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə