Yəməndə 4 ildən sonra ölkə parlamentinin ilk iclası keçirilib. SİA-nın Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvarında Yəməndə başlanan vətəndaş müharibəsindən sonra ölkə parlamenti fəaliyyətini dayandırmışdı.
Təxminən 3 il 3 ay keçdikdən sonra, daha dəqiq desək aprelin 16-da Yəmən parlamenti ilk iclasını keçirib.
İlk iclasda iştirak edənlər arasında Yəməndə akkreditasiya olunmuş xarici ölkələrin diplomatik korpuslarının rəhbərləri də olub.
Qeyd edək ki, ilk iclasda parlamentin sədri də seçilib. Məclis üzvlərinin səs çoxluğunu qazanan Sultan əl-Burkani Yəmən parlamentinin sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB