Türkmənistan yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb. SİA “Orient.tm”ə istinadla xəbər verir ki, Türkmənistan 3 il fasilədən sonra yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb.
“Gazprom”un sözçüsü Sergey Kupriyanov Türkmənistandan yenidən qaz almağa başladıqlarını təsdiqləyib.
Həm Türkmənistan tərəfinin, həm də “Gazprom”un şərhlərində qaz nəqlinin həcmi və qiyməti barədə açıqlama verilməyib.
Qeyd edək ki, Rusiya 2010-cu ilədək Türkmənistan təbii qazının yeganə alıcısı idi. 2010-cu ildən sonra Türkmənistan qazı Çinə ixrac edilməyə başlanmışdı. Rusiyaya qaz nəqli isə 2016-cı ildə tamamilə dayanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB