Belçikada terror həyəcanı yaşanıb

Belçikada terror həyəcanı yaşanıb

Belçika polisi Brüsseldə terrorizmlə əlaqədar iş çərçivəsində 22 yaşlı şübhəli şəxsi saxlayıb. Belə ki, polis tərəfindən saxlanılan Vavr şəhərinin sakini şənbə və ya bazar günü terror aktının hazırlanmasında şübhəli bilinir.

Keçirilən baxış zamanı şübhəli şəxsin telefonu və noutbuku götürülüb. Qeyd edək ki, Vavr şəhərində böyük atraksionlar parkı yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə