ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus RQ-4B-40 Global Hawk pilotsuz strateji uçuş aparatı Rusiyanın qərb sərhədlərində kəşfiyyat işi aparıb.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bununla bağlı Plane Radar (təyyarə radarı) monitorinq resursunda qeydlər aparılıb.
Bort nömrəsi 112048 olan pilotsuz aparat Siciliyada yerləşən Siqonella dəniz aviabazasından havaya qalxıb. Uçuş aparatı əvvəlcə Bolqarıstan səmasında, sonra isə Kalininqradla sərhəddə yerləşən Litva səmasında görünüb.
Qeyd edək ki, Rusiya xəbər agentliklərinin verdiyi məlumatlara əsasən, son zamanlar xarici kəşfiyyat təyyarələri tez-tez bu ölkənin sərhədləri yaxınlığında peyda olurlar.
Rusiya Müdafiə Nazirliyi Vaşinqtonu müvafiq əməliyyatları dayandırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB