İsveçdə yarış avtomobili tamaşaçılara çırpılıb

İsveçdə yarış avtomobili tamaşaçılara çırpılıb

İsveçin Rimnu şəhərində yarış avtomobili trasdan çıxaraq tamaşaçılara çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. "İki nəfər orta dərəcəli, 3 nəfər isə ağır dərəcəli xəsarətlər alıb. Yaralananlardan biri xəstəxanaya helikopter vasitəsi ilə göndərilib", - deyə Stokholm polisinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, hadisə nəticəsində avtomobil sürücüsü xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə