ABŞ Ukraynaya 35 ədəd “Hummer” göndərib

ABŞ Ukraynaya 35 ədəd “Hummer” göndərib

Ukraynanın Müdafiə naziri Stepan Poltorakın bildirdiyinə görə, Odessaya 35 ədəd “Hummer” markalı ABŞ istehsalı olan hərbi maşın gətirilib və bu maşınlar Donbasdakı hərbi birləşmələrə qarşı istiqamətlənəcək.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nazir daha sonra bu barədə deyib: “Son vaxtlar hərbi-texniki köməyin səviyyəsi xeyli artıb. Bu bizim bütün müttəfiqlərimizə, o cümlədən ABŞ-a aiddir. Hal-hazırda, Odessadan 35 ədəd “Hummer” markalı hərbi maşın yola salınır. Onlardan 20 ədədi zirehli maşınlardır və birbaşa hərbi hissələrə göndərilir, qalanları isə tibbi xidmət maşınlarıdır”.

Nazirin sözlərinə görə, son zamanlar ABŞ Ukraynaya 400 milyon dollardan çox yardım göstərib: “Bunlar tank əleyhinə olan “”Javelin” vasitəsi, masir radioəlaqə vasitələri, artilleriya kəşfiyyatı və radioelektron mübarizə vasitələri, antisnayper kompleksi, pilotsuz uçan aparatlardır”.

Buna baxmayaraq, nazir qeyd edib ki, Ukrayna müttəfiqlərinin yardımına arxayın olmamalı, özünün hərbi-sənaye kompleksini inkişaf etdirməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə