ABŞ-ın Florida ştatının Orlando şəhərində dəmir yolu xəttində qatar minik avtomobilinə çırpılıb. SİA RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisənin videosu yerli polis idarəsinin Twitter səhifəsində yerləşdirilib.
Məlumata əsasən, avtomobil digər nəqliyyat vasitələri ilə dəmir yolu xəttini keçməyə çalışır, ancaq ışıqforun qırmızı ışığı yandıqdan sonra yola çıxa bilir. Avtomobil yerindən tərpənən kimi sürətlə hərəkət edən qatar ona çırpılır.
Yaralı sürücünün vəziyyəti ağırdır. O xəstəxanaya yerləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB