"Rusiya Venesuelanın daxili işlərinə qarışır" ABŞ dövlət katibi

"Rusiya Venesuelanın daxili işlərinə qarışır"  ABŞ dövlət katibi

ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanı Venesuelanın daxili işlərinə "müdaxilə etməkdə" ittiham edib. SİA RT-yə istinadən xəbər verir ki, bu barədə o "Mega TV" telekanalına açıqlamasında deyib.

"Rusiya müdaxilə etdi. Onlar Venesuela rəhbərliyinə qarşı getdilər. Bunu etmək hüququ olmadan müdaxilə etdilər. Onlar Venesuela xalqından razılığı olmadan oradadırlar", Pompeo deyib.

Onun sözlərinə görə, Venesuela Parlamentinin spikeri Xuan Quaydo respublikanın "seçilmiş lideridir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə