Əlcəzairdə növbəti toqquşma olub

Əlcəzairdə növbəti toqquşma olub

Əlcəzairin paytaxtında polislə nümayişçilər arasında toqquşma olub. Bu barədə “TRTWorld” məlumat yayıb. Xəbərdə deyilir ki, qarşıdurma demokratiya uğrunda hərəkatın rəmzi kimi qəbul olunan Mərkəzi Poçt İdarəsinin yaxınlığında qeydə alınıb. Polis əməkdaşları onlara daş atan nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə ediblər. Eyni zamanda paytaxtdakı bulvarlar bağlanılıb, şəhərin giriş-çıxışlarında avtomobillər yoxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə