Aviaşirkətdən 50 millyonluq təzminat tələbi

Aviaşirkətdən 50 millyonluq təzminat tələbi

Ethiopian Airlines şirkətinə məxsus Boeing 737 MAX təyyarəsinin qəzaya uğraması zamanı həyatını itirimiş Kanada vətəndaşının ailəsi Çikaqonun (ABŞ) Kuk rayonunun məhkəməsinə müraciət edərək, avialaynerin istehsalçısı olan firmadan dəymiş zərərə görə təzminat tələb edib. SİA xəbər verir ki, bu barədə zərərçəkənlərin vəkili İqor Trunov İnrefax-a açıqlamasında bildirib və qeyd edib ki, ailə formadan 50 milyon ABŞ dolları həcmində təzminat tələb edir. Onun sözlərinə görə, həlak olan 54 yaşlı “Kalqaridə Keniya vətəndaşları” fondunun sədri və mühasibinin həyat yoldaşı və üç övladı qalıb.

“Bu, birinci iddiadır ki, hazırda sənədləşmə işləri aparılır, digər həlak olanların ailələri də məhkəməyə müraciət etməyə hazırlaşırlar”, deyə vəkil bildirib.

Xatırladaq ki, martın 10-da Ethiopian Airlines şirkətinə məxsus Boeing 737 MAX təyyarəsi Əddis-Əbəbədən Nayrobiyə uçuş edərkən qəzaya uğrayıb və nəticədə 157 nəfər insan həlak olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə