Sudanda komendant saatı tətbiq olunacaq

Sudanda komendant saatı tətbiq olunacaq

Sudanın hərbi hakimiyyəti ölkədə komendant saatının tətbiq olunmasını elan edib. Trend-in məlumatına görə, komendant saatı yerli vaxtla 22:00-dan 04:00-dək təyin olunub. Hərbçilər qeyd edib ki, bu sərəncam bir ay ərzində qüvvədə olacaq.

Xatırladaq ki, aprelin 11-də Sudan hərbçiləri ölkə prezidenti Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb. Bundan öncə ölkədə əhali tərəfindən aylarla etiraz aksiyaları keçirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə