""Kəşmir qazanı"nı bu qədər qaynatmağa gərək yoxdur" İmran Xan

""Kəşmir qazanı"nı bu qədər qaynatmağa gərək yoxdur"  İmran Xan

Pakistanın baş naziri İmran Xan Hindistanla uzun müddətdir davam edən gərginliyin səbəbini göstərib. Baş nazir bildirib ki, iki ölkə arasındakı tək anlaşılmazlıq mövzusu Kəşmirdir: "Bu qarşıdurmanın azalmasını istəyiriksə "Kəşmir qazanı"nı bu qədər qaynatmağa gərək yoxdur".

BBC-yə verdiyi müsahibədə Baş nazir Pakistan və Hindistan arasındakı mübahisələrin yalnız dialoq yolu ilə həll edilə biləcəyini ifadə edib. Hindistanın baş naziri Narendra Modi və ölkəsinə hansı mesajı göndərmək istədiyinə bağlı suala münasibət bildirən Baş nazir İ.Xan iki ölkə arasındakı tək anlaşılmazlıq mövzusunun Kəşmir olduğunu və bu məsələnin həll edilməsi lazım olduğu cavabını verərək ""Kəşmir qazanı" bu şəkildə qaynamağa davam edə bilməz", deyib.

Xan Kəşmir məsələsinin həlli mövzusunda böyük qüvvə olacağı təqdirdə bölgədə sülhün təmin ediləcəyini bildirib: "İki hökumətin bir nömrəli vəzifəsi yoxsulluğu necə azaltacağımız olmalı və yoxsulluğu azaltmanın yolu, anlaşılmazlıqları dialoq yolu ilə həll etməkdən keçir".

İki qonşu ölkənin qarşı-qarşıya gəlməsinin təhlükələrinə də toxunan Xan, "Kəşmir məsələsinin məsuliyyətini tək Pakistanın üzərinə atmaq gərginliyi bir az da artıracaq. Kimsə bu vəziyyətdə nələr ola biləcəyini təxmin edə bilməz. Hindistanın bu səbəblə Pakistana hücum etməsi Pakistan öz növbəsində, cavab verməkdən başqa bir yolu olmayacaqdır. Hesab edirəm ki, bu iki nüvə ölkəsinin qarşıdurması dəhşətlərə gətirib çıxara bilər", deyə qeyd edib.

Qeyd edək ki, 1947-ci ildə İngiltərənin bu bölgədə çəkilməsi ilə Kəşmir faktiki olaraq Hindistana yaxud Pakistana birləşmək üçün sərbəst buraxıldı. Əhalinin 90 faizi müsəlman olsa da, həmin dövrün şahzadəsi Hindistana birləşməyə qərar verdi. Müsəlman Kəşmir xalqı bu qərara qarşı çıxdı. Bölgəyə qoşun göndərən Pakistan və Hindistan 1947-ci ildə ilk dəfə müharibə etdilər. 1965-1999 illəri arasında iki ölkə arasında yenidən müharibə baş verdi.

Kəşminin 45 faizi Hindistan, 35 faizi isə Pakistan tərəfindən idarə olunur. Çin bölgənin 20 faizinə nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə