Çində qatar qəzası: 6 nəfər itkin düşüb

Çində qatar qəzası:  6 nəfər itkin düşüb

Çinin Xunan vilayətində yük qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində 6 nəfər itkin düşüb. SİA Çin yerli KİV-lərə istinadla xəbər verir ki, qəza dünən axşam saatlarında baş verib.

Bildirilir ki, "Chinalco" şirkətinə məxsus qatar relsdən çıxaraq dəmir yoluna çox yaxın yerləşən evin üzərinə aşıb. İtkin düşənlərdən 4-ü maşinist və qatarda olan digər heyət üzvü, ikisi isə evdə olan sakinlərdir. Hazırda itkin düşənlərin axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə