Almaniya kansleri Angela Merkelin anası vəfat edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, federal hökumətin sədri Ştefan Zaybert bildirib ki, Xerlinda Kasner 90 yaşında dünyasını dəyişib.
O, həmçinin hər bir kəsi kanslerin şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb.
Verilən məlumata görə,dəfn mərasimi ailənin uzun mddət yaşadığı Templin şəhərində ailə və dostların əhatəsində keçiriləcək.
Kasner ingilis və latın dili müəllimi işləyib. Bu ilin fevralında Kasner qızı Angelanı Templinə səfəri zamanı müşayiət etmişdi. Həmin vaxt xanım Merkelə şəhərin fəxri vətəndaşı adı verilmişdi.
Almaniya kansleri hal-hazırda Brüsseldə Avropa İttifaqının sammitindədir.
Qeyd edək ki, Merkelin atası 2011-ci ildə 85 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB