Moskvada XVIII əsrə aid heykəl aşkarlanıb

Moskvada XVIII əsrə aid heykəl aşkarlanıb

Moskva şəhərində inşaatçılar XVIII əsrə aid mərmər heykəl aşkarlayıblar.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Merin yazdığına görə, abidə Lyublinodakı malikanələrin birində aşkarlanıb. Sobyanin daha sonra yazıb: "Həmin ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılır. Arxeoloqlar müəyyən ediblər ki, "Sükut" alleqorik fiquru malikanənin girişində idi. Dəyərli tapıntı bərpa olunması üçün xüsusi elmi müəssisəyə göndərilib ".

Bütün xəbərlər Facebook səhifəmizdə