Venesuelada zəlzələ olub

Venesuelada 5,8 bal gücündə zəlzələ olub.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) bildirilib.

Yeraltı təkanların episentri Karakas şəhərindən 286 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 750 kilometr dərinlikdə hiss olunub.

İnsan tələfatı və dağıntılar haqda məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə