Marşal Xəlifə Xaftara məxsus Liviya Milli Ordusu (LMO) paytaxt Tripoli yaxınlığındakl Ayn Zar rayonunun böyük hissəsinə nəzarəti ələ keçirib.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Liviyadakı hərbi mənbə bildirib. Paytaxta gedən əsas yollar bu rayondan keçdiyindən onun böyük strateji əhəmiyyət daşıdığı bildirilir.
Mənbə, həmçinin bildirib ki, Tripolinin cənub-qərbindəki Qəsr ben Qaşir rayonunda toqquşmalar davam edir.
Qeyd edək ki, aprelin 4-dən marşal Xəlifə Xaftar öz ordusuna Tripolini “terrorçulardan təmizləmək üçün” hərbi əməliyyatlara başlamaq əmri verib. Xaftar ordusu artıq Liviya paytaxtından cənubda yerləşən Qəryan və Surman rayonlarını tam nəzarətə götürüblər.
Həmçinin LMO-nun hərbi təyyarələri Tripolidə yeganə fəaliyyətdə olan Mitiq aeroportuna aviasiya zərbələri endirib.
Liviyanın Bitərəf Milli Barışıq Hökuməti aprelin 7-də LMO-na qarşı “Qəzəb vulkanı” adlı hərbi əməliyyata başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB