Əfqanıstanın Pərvan əyalətindəki Bəhram aviabazasının yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat 17.30-da baş verib.
Bəhram rayonunun rəhbəri Abdul Şakur Qüdsinin məlumatına görə, partlayış xarici sülhməramlı qüvvələrin kalonla irəlilədiyi əraziyə yaxın yerdə baş verib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
Hələlik heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Əfqanıstanın Nanqarxar əyalətinin Cəlalabad şəhərində də hərbi avtomobilə qoyulmuş partlayıcının işə düşməsi nəticəsində ən azı 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB