İrandan Venesuelaya birbaşa təyyarə reysi açılıb

İrandan Venesuelaya birbaşa təyyarə reysi açılıb

Tehrandan Karakasa hava reysi xidmət göstərməyə başlayıb. SİA MehrNews-a istinadla xəbər verir ki, bu gün Tehrandan Venesuela paytaxtı Karakasa birbaşa təyyarə uçuşu həyata keçirilib.

İranın MahanAir şirkətinin təyyarəsi bu gün Tehranın beynəlxalq İmam Xomeyni hava limanından qalxaraq Karakas istiqamətdə yola düşüb.

Bildirilib ki, Tehrandan Karakasa baş tutan ilk birbaşa uçuşda İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə heyəti də olub.

Qeyd edək ki, ABŞ hökumətinin iki ölkəyə qarşı acımaz siyasəti və sərt sanksiyaları fonunda bu birbaşa reysin açılması böyük əhəmiyyət kəsb edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə