Venesuela prezidenti Nikolas Maduro dünyanın bütün dövlət və hökumət başçılarını ABŞ-dan rəsmi Karakasa qarşı təcavüzünü dayandırmağı tələb etməyə çağırıb. SİA "RİA novosti"yə istinadən xəbər verir ki, bu müraciəti Maduro paytaxt Karakasda keçirilən mitinqdə edib.
Daha sonra Maduro mitinq iştirakçıları qarşısında deyib: "Baxın bu xalqa, cənab Tramp. Bu xalq sizə bir yox, min dəfə qalib gələcək. Venesuela xalqı heç kimlə mübahisə etmir. O, hörmətə layiqdir, təcavüzə yox. Hər bir sanksiyaya yeni cavablar verəcəyik, daha çox inqilablar olacaq. Onlar bizə qalib gələ bilməyəcəklər".
Daha sonra Maduro ölkəni birləşdirmək və ABŞ hökumətinə ölkə iqtisadiyyatına hücumu dayandırmaq tələbini vermək üçün Venesuelanın bütün daxili qüvvələrini ümummilli birliyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB