İranın Xuzestan əyalətində selə görə Susəngerd, Bustan, Həmidiyyə, Kut Seyid-Nəim, Rəfi və Əbu-Huzeyma şəhərlərinin təxliyəsinə başlanılıb. SİA FarsNews-a istinadla xəbər verir ki, İranın Xuzestan əyalətində Kərxə su anbarı da daxil olmaqla bir sıra anbarlara normadan artıq su yığıldığından aidiyyatı qurumlar onların boşaldılması əmrini veriblər. Bu su anbarlarının boşaldılacağı təqdirdə Kərxə çayı hövzəsində selin fəlakətə səbəb olacağını nəzərə alaraq 6 şəhərin sakinlərinin təxliyəsi əmri verilib.
Qeyd edək ki, ötən ayın 20-dən başlayan intensiv yağışlar İranın 25 əyalətində xəsarətlər, ziyanlar və tələfatlarla nəticələnib. Ölkənin Lorestan, Qolestan və Xuzestan əyalətləri daha çox maddi ziyanla üzləşib. Bu sel indiyədək 70 nəfərin həyatına son qoyub.
Son sel İranda ötən 48 ildə ən şiddətli hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB